Xəbəri Kokpitdə Oxuyun!

Çin GP: Sprint sıralanmada Rassell birincidir

Çində keçirilən sprint sıralanma turunda hava aydın və quru olub. Temperatur hava üçün +17°C, tras üçün isə +29°C göstərib.

Komandalar yeni texniki reqlamentlə hazırlanmış bolidləri yeni öyrənməyə başlayıblar və artıq mövsümün ikinci mərhələsində – Şanxayda sprint formatlı həftəsonuna düşüblər.

Cəmi bir səhər məşqi keçirilib və orada ən yaxşı nəticəni Melburnda dominant çıxış etmiş Corc Rassell göstərib. Bundan dərhal sonra sprint üçün kvalifikasiya mərhələsi baş tutub. Bu sessiya komandaların şassi və güc qurğusunun baza sazlanmaları ilə sürətli dövrədə real güc balansını görmək baxımından maraqlı olub, çünki adi həftəsonlarında olduğu kimi üç saatlıq məşq olmayıb.

Pirelli Şanxaya “orta” təkər seçimini gətirib: C2, C3 və C4 – müvafiq olaraq Hard, Medium və Soft.

SQ1

Birinci sessiyada qaydalara uyğun olaraq hamı Medium təkərlərlə trasa çıxıb. İlk cəhdlərdə ən yaxşı vaxtı Rassell göstərib – 1:33.030. O, rəqiblərini təxminən 0.7 saniyə qabaqlayıb.

İkinci cəhdlərdə fərq bir qədər azalıb – Lyuis Həmilton cəmi 0.1 saniyə geri qalıb. Rassell isə yenidən trasa çıxmayıb və buna baxmayaraq liderliyi qoruyub.

Sessiya zamanı Qabriel Bortoleto və Oliver Berman son döngədə çınqıllığa çıxıblar, lakin maşına nəzarəti itirməyiblər və davam ediblər. Serxio Peres isə yanacaq sistemi problemi səbəbindən bokslardan çıxmayıb.

SQ1-də mübarizəni Karlos Sayns, Aleks Elbon, Fernando Alonso, Lance Stroll, Valtteri Bottas və Serxio Peres dayandırıblar.

SQ2

İkinci sessiyada sürücülər yenə Medium təkərlərlə çıxış ediblər. Əvvəlcə Şarl Lekler 1:32.602 nəticə ilə lider olub, lakin bir qədər sonra Rassell daha sürətli dövrə vurub – 1:32.241.

İkinci cəhdlərdə ssenari təkrarlanıb: nəticələr sıxlaşıb, Rassell vaxtını yaxşılaşdıra bilməyib, amma liderliyini qoruyub.

Sessiya zamanı Berman yenidən son döngədə səhvə yaxın vəziyyət yaşayıb və yalnız toz qaldırmaqla qurtulub. Maks Ferstappen isə Pyer Qaslinin maneəsindən sonra çınqıllığa çıxıb, lakin trasa qayıda bilib. Bu epizod stüardlar tərəfindən araşdırılır.

SQ2-də Niko Hülkenberq, Esteban Okon, Liam Louson, Qabriel Bortoleto, Arvid Lindblad və Franko Kolapinto mübarizəni dayandırıblar.

SQ3

Final sessiyada hamı Soft təkərlərə keçib və əsasən bir cəhdlə kifayətlənib. Çünki ikinci sürətli dövrədə ən yumşaq təkərlər artıq effektivliyini itiriblər.

Corc Rassell ilk cəhdində 1:31.520 zaman nəticəsi göstərib və bu vaxt sessiyanın ən yaxşı nəticəsi olaraq qalıb.

Beləliklə, Rassell karyerasında ilk dəfə sprint kvalifikasiyasını qazanıb. O, sabah səhər  startın ilk cərgəsini komanda yoldaşı Kimi Antonelli ilə bölüşəcək. Antonelli  komanda yoldaşından təxminən 0.3 saniyə geri qalıb.

İkinci cərgədən Lando Norris və Lyuis Həmilton, üçüncü cərgədən isə Oskar Piastri və Şarl Lekler start alacaqlar.

Sıra Sürücü S1 Mövqe S1 Vaxt S1 Dövrə S2 Mövqe S2 Vaxt S2 Dövrə S3 Mövqe S3 Vaxt S3 Dövrə
1 C. Rassell 1 1:33.030 3 1 1:32.241 5 1 1:31.520 5
2 K. Antonelli 4 1:33.455 3 2 1:32.291 5 2 1:31.809 5
3 L. Norris 5 1:33.783 4 6 1:33.086 6 3 1:32.141 3
4 L. Hamilton 2 1:33.148 5 5 1:33.042 5 4 1:32.161 5
5 O. Piastri 6 1:33.813 4 4 1:33.038 6 5 1:32.224 3
6 Ş. Lekler 3 1:33.194 7 3 1:32.602 4 6 1:32.528 5
7 P. Qasli 7 1:33.970 6 7 1:33.405 6 7 1:32.888 3
8 M. Ferstappen 11 1:34.170 7 9 1:33.564 5 8 1:33.254 5
9 O. Berman 12 1:34.280 7 8 1:33.501 6 9 1:33.409 3
10 A. Hacar 14 1:34.447 7 10 1:33.620 5 10 1:33.723 3
11 N. Hülkenberq 8 1:33.997 8 11 1:33.635 6
12 E. Okon 9 1:34.087 7 12 1:33.639 6
13 L. Louson 10 1:34.110 7 13 1:33.714 6
14 Q. Bortoleto 13 1:34.291 8 14 1:33.774 6
15 A. Lindblad 15 1:34.495 7 15 1:34.048 6
16 F. Kolapinto 16 1:34.592 6 16 1:34.327 6
17 K. Sayns 17 1:34.761 6
18 A. Elbon 18 1:35.305 6
19 F. Alonso 19 1:35.581 5
20 L. Stroll 20 1:36.151 7
21 V. Bottas 21 1:37.378 8
22 S. Peres 22 0

 

 

Rauf Hacıyev

Şərh əlavə et