Xəbəri Kokpitdə Oxuyun!

Altı komanda qaydaları pozub

Cümə gününə keçən gecə altı komanda komendant saatı qaydasını pozub.

McLaren, Mercedes, Red Bull Racing, Racing Bulls, Alpine və Cadillac komandalarının bolidlərin hazırlanması və texniki xidmətinə cavabdeh əməkdaşları 11 mart saat 17:30-dan 12 mart saat 06:30-a qədər trasda olublar. Bu isə qaydalara görə qadağan olunmuş vaxt intervalı sayılıb.

Bununla belə, mövsüm ərzində hər komandaya altı dəfə fərdi istisna hüququ verilir. Bu hadisə həmin komandalar üçün ilk belə istisna olduğuna görə heç bir cəza tətbiq edilməyib.

Rauf Hacıyev

Şərh əlavə et