Melburnda yarışı yarımçıq dayandırdıqdan sonra Ayzek Hacarın maşınına tamamilə yeni güc qurğusu quraşdırılıb.
Fernando Alonsonun bolidində isə batareya və idarəetmə elektronika bloku dəyişdirilib.
Bundan əlavə, güc qurğusunun periferik elementləri Hacar, Alonso, Lance Stroll və Esteban Oconun maşınlarında yenilənib.
FIA qeyd edib ki, bütün bu dəyişikliklər icazə verilən limitlər çərçivəsində edilib, buna görə də sürücülərə və ya komandalara heç bir cəza tətbiq olunmayacaq.




Şərh əlavə et