Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns inamını itirib

Mövsümün ilk mərhələsi olan Melburn yarışında Williams bolidinin sürəti xal uğrunda mübarizə aparmaq üçün kifayət etməyib.

Britaniya komandasının sürücüsü Karlos Sayns Çin Qran Prisinin ərəfəsində bildirib ki, komandanın bu problemi tez həll edəcək bir yolu yoxdur və yaxın yarışlarda nəticələr ciddi şəkildə yaxşılaşmaya bilər.

Karlos Sayns: “Biz bolidi bütün sahələrdə inkişaf etdirməliyik. Hazırda olmaq istədiyimiz mövqedə deyilik və Avstraliyadakı həftəsonundan qətiyyən razı qalmadıq. Amma ən azından maşının bütün zəif tərəflərini və inkişaf etməli olduğumuz sahələri gördük.

Qısa müddətdə – qarşıdakı iki yarışda – nəticələrin indiyə qədər gördüyünüzdən fərqli olacağını düşünmürəm. Daha çox ümid edirəm ki, mövsümün ikinci rübündə müəyyən irəliləyiş görməyə başlayacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et