Avstraliya Qran Prisində finişə yalnız Maks Ferstappen çata bilib, komandanın debütantı Ayzek Hacar isə texniki problem səbəbindən yarışı yarımçıq dayandırmalı olub. Hər iki sürücü ümid edir ki, Şanxay həftəsonu daha uğurlu keçəcək, baxmayaraq ki, proqramda sprint yarışının olması işi çətinləşdirir.
Ayzek Hacar: “Red Bull komandasının tərkibində Melburnda keçirdiyim debüt yarışı mənim üçün çox vacib an oldu və şənbə günü işimizi ideal şəkildə yerinə yetirmişdik. Təəssüf ki, həftəsonu istədiyimiz kimi bitmədi, amma bu həftə Şanxayda itirilənləri qaytarmağa hazırıq.
Bu həftəsonu yaxşı çıxış etmək və çempionatın ən güclü sürücüləri ilə müqayisədə nəyə qadir olduğumu göstərməyə davam etmək istəyirəm. Proqramda sprint yarışının olması isə o deməkdir ki, yaxşı nəticə göstərmək üçün daha çox imkan olacaq və mən də məhz belə düşünürəm”.




Şərh əlavə et