Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Təkər yeyilməsi vacib amildir

Mövsümün ilk mərhələsi Red Bull Racing komandası üçün müxtəlif səbəblərə görə uğurlu alınmayıb.

Avstraliya Qran Prisində finişə yalnız Maks Ferstappen çata bilib, komandanın debütantı Ayzek Hacar isə texniki problem səbəbindən yarışı yarımçıq dayandırmalı olub. Hər iki sürücü ümid edir ki, Şanxay həftəsonu daha uğurlu keçəcək, baxmayaraq ki, proqramda sprint yarışının olması işi çətinləşdirir.

Maks Ferstappen: “Yenidən trasa qayıtmağımız yaxşıdır və yarışda müəyyən qədər mövqe qazana bilməyimiz də ümidvericidir. Komanda mövsümə hazırlıqda çox yaxşı işləyib, amma qarşıda hələ çox iş var və ilk yarışdan əldə etdiyimiz böyük həcmdə məlumatı analiz etməliyik.

Melburnda əsas çətinliklərdən biri təkərlərin sürətli deqradasiyası olub. Bu problem Şanxayda da bizə mane ola bilər. Bundan əlavə, güc qurğusunun hibrid sisteminin enerjini necə verməsi ilə bağlı məsələləri də daha yaxşı anlamaq lazımdır.

Məlumat toplamağa və maşını inkişaf etdirməyə davam edəcəyik. Öyrənmə prosesi hələ davam edir. Bu həftə daha yaxşı nəticə əldə etməyə çalışacağıq. Həftəsonu proqramında sprint olduğu üçün maşını sazlamaq üçün daha az vaxtımız olacaq, ona görə də trasda ilk andan etibarən səmərəli işləmək vacibdir.

Şanxay trasının konfiqurasiyası özünəməxsus və çətindir. Burada müxtəlif tip döngələr var, lakon ötmə imkanları da kifayət qədərdir”.

 

Rauf Hacıyev

Şərh əlavə et