Xəbəri Kokpitdə Oxuyun!

E.Okon: Çin çətin olacaq

Haas komandasının sürücüsü Esteban Okon bildirib ki, Çin Qran Prisində sprintli həftəsonu olduğu üçün çətinlik çəkəcəklər.

Kokpit.az xatırladır ki, fransalı sürücü mövsümün ilk yarışı Avstraliyadan xalsız ayrılıb.

Esteban Okon: “Şanxay əla trasdır, amma orada pilotaj göstərmək çətindir. İlk üç döngədən ibarət hissə həqiqətən texniki və mürəkkəbdir, ona görə maşına tam güvənmək çox vacibdir.

Çin həftəsonunda sprint də var və mövsümün hələ başlanğıcında olduğumuz üçün hər şeyi anlamaq baxımından bu, əlavə çətinlik yaradacaq.

Hər il Çin azarkeşlərinin dəstəyi daha da güclənir və bunu görmək çox xoşdur. Onlarla yenidən görüşməyi səbirsizliklə gözləyirəm və ümid edirəm ki, yaxşı nəticə ilə onları sevindirə biləcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et