Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Çox işləməliyik

Ferrari komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Mercedes-ə çatmaq üçün çox işləməlidirlər.

Kokpit.az xatırladır ki, Mercedes bugünkü Avstraliya Qran Prisində qələbə dublu edib. Onların ardınca isə iki Ferrari pilotu – Şarl Lekler və Lyuis Həmilton gəlib.

Lyuis Həmilton: “Komandamızla həqiqətən fəxr edirəm. Düşünürəm ki, maşını bu vəziyyətə gətirmək üçün böyük iş gördük. Əlbəttə, biz Mercedes qədər sürətli deyilik və hələ üzərində işləməli çox şey var, amma mübarizədəyik. Yarış maraqlı alındı və mənə çox xoş gəldi.

Sıralanma turunda bəzi problemlər oldu və buna görə rəqiblərdən daha çox geri qaldım. Lakin yarışda mövqelər qazana bildim. Daha bir neçə dövrə olsaydı, Şarl Leklerə çata bilərdim. Mercedesi keçmək üçün hələ çox iş görməliyik, ancaq bu mümkündür. Biz işləməyə davam edirik”.

Rauf Hacıyev

Şərh əlavə et