Kokpit.az xatırladır ki, monakolu sürücü startda dördüncü yerdə olsa da, işıqların sönməsi ilə birinci yerə yüksəlib. O, 13 dövrə ərzində Rassellə birincilik mübarizəsi aparıb. Lakin Hacarın mübarizəni dayandırması ilə trasa təhlükəsizlik maşını çıxıb. Rassell bu anda pitə daxil olub, Lekler isə trasda qalmağı seçib. Bununla da Mercedes yarışda qələbə dublu edib. Şarl isə üçüncülüklə razılaşıb.
Şarl Lekler: “Çox çətin yarış oldu! Düzünü desəm, əvvəlində heç birimiz mübarizənin necə keçəcəyini və enerjinin necə xərclənəcəyini bilmirdik. Ötmələr daha da çətinləşdi. Düzlüklərdə batareyanın nə vaxt bitəcəyini heç vaxt bilmirsən, ona görə müdafiə zamanı sürət fərqinin çox böyük olmasını da nəzərə almaq lazımdır.
Asan deyildi, amma startdan sonra mübarizədə birinci çıxmağıma sevinirəm. Təəssüf ki, bu, yarışın qalan hissəsində bizə kömək etmədi, lakin ilk hissə maraqlı idi. Üçüncü yer bu gün əldə edə biləcəyimiz ən yaxşı nəticədir.
Düşünmürəm ki, virtual təhlükəsizlik maşınları olmasaydı belə Ferrari qalib gələ bilərdi, ancaq bəlkə də səhv edirəm. Görünür, bu gün Mercedes daha sürətli idi, baxmayaraq ki, fərq sıralanma turundakı qədər böyük deyildi. Bu yaxşıdır, amma bu gün qələbə qazana bilməzdik”.




Şərh əlavə et