Kokpit.az xatırladır ki, italyan sürücü yarışın startında yeddinci yerə geriləsə də, sonradan yüksələrək, ikinci yeri tutub.
Kimi Antonelli: “Bu, mövsüm üçün arzulaya biləcəyimiz ən yaxşı başlanğıcdır. Təəssüf ki, yarışa çox yaxşı başlamadım və xeyli mövqe itirdim, sonra isə geri qazanmalı oldum.
Ümumilikdə yarış yaxşı keçdi. Maşın çox yaxşı temp göstərirdi, xüsusilə son dövrələrdə. Startdan sonrakı ilk dövrələrdə inanılmaz gərgin mübarizə gedirdi. Ötmə rejimi çox güclü işləyir və buna görə trasda çox hadisə baş verir. Yəni başlanğıc kifayət qədər əyləncəli idi!
İndi isə bir az dincəlmək və növbəti mərhələ olan Çin Qran Prisinə hazırlaşmaq lazımdır”.




Şərh əlavə et