Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Düzlük rejimində dəyişiklik olmalıdır

Mövsümün ilk mərhələsi Ştutqart konserninin zavod komandasının üstünlüyünü təsdiqləyib – ümumi fikrə görə W17 çempionatın ən sürətli maşınıdır və bu, artıq mövsümöncəsi testlərdə də görünürdü.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışa pouldan başlasa da, startda Şarl Lekler onu keçib. Lakin 13-cü dövrədə elan olunan virtual təhlükəsizlik maşınından sonra bütün üstünlük Corcun əlinə keçib.

Corc Rassell: “Çox xoşbəxtəm! Yarışın əvvəlində inanılmaz dərəcədə gərgin mübarizə gedirdi və bilirdik ki, asan olmayacaq. Start düzülüşünə çıxanda gördüm ki, maşının batareyası artıq tam boşalıb. Startım pis alındı və sonra Şarl Leklerlə bir neçə sərt duel yaşadıq. Ona görə də finiş xəttini birinci keçdiyim üçün həqiqətən çox sevinirəm.

Bütün komandaya ürəkdən təşəkkür edirəm. Onlar bu maşının hazırlanması üçün çox uzun müddət çalışıblar və mövsümə bundan daha yaxşı başlamaq mümkün olmazdı. Ümid edirəm yarış tamaşaçılara maraqlı gəlib. Bizim isə elə bir hissimiz var idi ki, trasda bir növ qarışıqlıq olacaq, çünki kim liderliyə çıxırdısa, birinci mövqeyi qorumaq demək olar ki, mümkün olmurdu.

Bundan başqa, yeni maşınlarda düzlüklərdə istifadə olunan SM (düzlük rejimi) rejimi aktiv olanda ön təkərlər trası daha pis tutur və döngələrdə güclü dönməzlik yaranır. Əminəm ki, FIA bununla məşğul olacaq, çünki vəziyyəti yaxşılaşdırmaq lazımdır. Yarış bir qədər xaotik idi, ona görə də finişə problemsiz çatdığım və komandamızın qələbə dublu qazandığı üçün daha da sevinirəm!”

Rauf Hacıyev

Şərh əlavə et