Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Mercedes startda büdrəyə bilər

Ferrari komandasının sürücüsü Şarl Lekler düşünür ki, Mercedes sabahkı yarışın startında büdrəyə bilər.

Kokpit.az xatırladır ki, monakolu sürücü Melburndakı yarışa dördüncü yerdən başlayacaq.

Şarl Lekler: “Düzünü desəm, problemin yalnız bizim komandada olduğunu düşünmürəm. GPS məlumatlarına görə görürük ki, bu maşınlarla dövrədən dövrəyə bütün komandalar və bütün sürücülər üçün enerji verimi fərqli olur.

Təəssüf ki, ikinci sessiyada əlavə problemimiz yarandı və biz onu finaldan əvvəl aradan qaldırdıq. Bu mövzuda çox detala girmək istəmirəm, çünki bu il hər şey çox mürəkkəbdir.

Ümumilikdə maşın əvvəlki dövrədən məlumat toplayaraq ‘öyrənir’. İkinci sessiyadakı problemlər və qırmızı bayraqlar səbəbindən bizim üçün yeganə normal başlanğıc nöqtəsi birinci sessiyadakı dövrə oldu. Buna görə finalda trasa çıxanda optimal vəziyyətdə deyildik.

Bu isə dövrə vaxtında itkiyə səbəb oldu. Bu problemlər olmasaydı, üçüncü yer uğrunda mübarizə aparmaq mümkün idi, lakin birinci yer üçün yox. Təəssüf ki, bu fikirlə bu gün otelə qayıdacağam. Hələ çox işləməliyik.

Mercedes-ə gəlincə, dünəndən onların sürəti ilə bağlı hisslərim var idi. Fərqin 0.5-0.6 saniyə olduğunu düşündüm, amma əslində 0.8 saniyə oldu. Bu isə çox böyük fərqdir.

Bəhreyndə startlar bir qədər qarışıq idi, lakin sabah eyni olacağını düşünmürəm. Məncə, komandalar optimal start rejiminə düşəndə maşınlar arasında fərq o qədər də böyük olmur. Bizim maşınla bu optimal rejimi tapmaq nisbətən asandır.

Mənim bildiyimə görə Mercedes üçün bu bir qədər çətindir. Onlar hər şeyi ideal etsələr, yarışda problem yaşamayacaqlar, ancaq start onlar üçün daha mürəkkəb ola bilər”.

 

Rauf Hacıyev

Şərh əlavə et