Xəbəri Kokpitdə Oxuyun!

Mercedes və Alpine cərimələnib

Avstraliya Qran Prisinin sıralanma turundan sonra stüardlar Mercedes və Alpine komandalarını bolidləri trasa təhlükəli vəziyyətdə buraxdıqlarına görə cərimələyiblər.

 

Mercedes komandası

Final sessiyada Kimi Antonelli bolidi ilə trasa çıxarkən sağ radiatorun üzərində olan soyutma ventilyatoru çıxarılmamışdı. Mexaniklər onu unutmuşdular.
• Ventilyatorun bir hissəsi birinci döngədə qoparaq trasın üzərinə düşüb.
• Qalan hissəsi isə ikinci döngədə qopub
• Lando Norris həmin hissələrin üzərindən keçib və detal çoxlu qırıntıya parçalanıb.

Nəticədə tras qırıntılarla dolub və kvalifikasiya qırmızı bayraqlarla dayandırılıb.

Mercedes izah edib ki, ventilyatoru çıxarmalı olan mexanik daha əvvəl baş vermiş başqa insidentlə bağlı işlə məşğul idi və buna görə detal çıxarılmamış qalıb.

Bu qayda pozuntusuna görə Mercedes komandası 7 500 avro cərimə olunub.

Alpine komandası

Alpine komandası isə 5 000 avro cərimə alıb.

Pyer Qasli sıralanma turunda bokslardan çıxarkən boliddə sol ön təkər qovşağında bərkidilməmiş detal olub. Həmin detal ayrılaraq pit-leyndə yuvarlanıb.

Komanda səhvi etiraf edib və stüardlar bunu təhlükəsiz olmayan buraxılış kimi qiymətləndirərək cərimə tətbiq ediblər.

Rauf Hacıyev

Şərh əlavə et