Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen, Sayns və Stroll yarışa buraxılacaq

Avstraliya Qran Prisində sıralanma turunun birinci hissəsində üç sürücü – Maks Ferstappen, Karlos Sayns və Ləns Stroll vaxt göstərə bilməyiblər və rəsmi olaraq sessiyanın ən yaxşı nəticəsinin 107%-i limitinə düşməyiblər.

Buna görə Red Bull Racing, Williams və Aston Martin komandaları stüardlara müraciət edərək sürücülərinin yarışa buraxılmasını xahiş ediblər.

Stüardlar qərar verərkən məşqlərdə göstərilən nəticələri nəzərə alıblar:
• Maks Ferstappen və Karlos Sayns məşqlərdə kifayət qədər sürətli olduqları üçün yarışa buraxılıblar.
• Ləns Stroll isə məşqlərdə lazımi tempi göstərə bilməsə də, stüardlar bir neçə amili nəzərə alıblar.

Onlar komanda yoldaşı Fernando Alonsonun 107% limitinə daxil olduğunu, Strollun Formula 1-də böyük təcrübəyə malik olduğunu nəzərə alaraq kanadalı sürücünü də bazar günü keçiriləcək yarışda start almağa buraxıblar.

Rauf Hacıyev

Şərh əlavə et