Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen nə baş verdiyini bilmir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, nə baş verdiyini anlamayıb.

Kokpit.az xatırladır ki, dördqat Dünya Çempionu Melburndakı sıralanma turunun birinci sessiyasında yerində fırlanaraq, bariyerlərə çırpılıb və nəticə göstərə bilməyib.

Maks Ferstappen: “Əslində nə baş verdiyini demək çətindir. Hələ komanda ilə danışmamışam və telemetriyaya baxmamışam, amma həyatımda heç vaxt əyləcləmə zamanı belə idarəetmə itirməmişəm. Əyləci basdım və birdən arxa təkərlər tam bloklandı. Bu, bir az qəribədir.

Düşünürəm ki, problem hətta aşağı ötürməyə keçməzdən əvvəl yarandı. Pedalı basan kimi və ötürmə çox tez aşağı düşdüyü anda təkərlər maksimum əyləc gücündə dərhal bloklandı. Deməli, çox qəribə bir şey baş verib.

İndi yarış üçün məqsədimiz xal qazanmaqdır. Hələ aydınlaşdırmalı olduğumuz çox naməlum amil var. Sabah nə edə biləcəyimizi görəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et