Xəbəri Kokpitdə Oxuyun!

A.Hacar podium barədə düşünür

Melburnda keçirilən sıralanma turunda Ayzek Hacar Red Bull Racing komandasındakı debütündə 3-cü nəticəni göstərib.

Fransız sürücü nəticədən razıdır və yarışda podium uğrunda mübarizə aparacağına ümid edir. Əgər buna nail olsa, bu onun karyerasında ikinci podium olacaq.

Ayzek Hacar: “Sıralanma turu problemsiz keçdi, lakin ondan əvvəl həftəsonu bizim üçün bir qədər çətin gedirdi və ilk üçlük uğrunda mübarizə aparacağımızı düşünmürdük. Ferrari və McLaren sürücülərinin məndən daha sürətli olduqlarını hiss edirdim, amma kvalifikasiya boyunca tempimi artırdım və son dövrədə çox yaxşı nəticə göstərdim.

Mercedes-ə qarşı yarışda edə biləcəyim yeganə şey startda daha yaxşı çıxış etməkdir. Hazırda onlar çox sürətlidirlər. Yarışda mövqeyimi qorumaq istəyirəm. İkinci podium mənim üçün yaxşı nəticə olar”.

Rauf Hacıyev

Şərh əlavə et