Kokpit.az xatırladır ki, italyan sürücü üçüncü sərbəst yürüşlərdə qəza edib və maşınını zədələyib. Lakin komanda əla iş görərək, onu sıralanma turuna çatdırıb. Yekun Kimi komanda yoldaşı Corc Rasselldən 0.3 saniyə geri qalaraq, ikinci olub.
Kimi Antonelli: “Bu gün çox stresli keçdi. Üçüncü məşqdə baryerə çırpıldım, amma mexaniklərimiz əsl qəhrəmanlıq göstərdilər və maşını təmir edib məni yenidən trasa qaytardılar.
Biz hətta bolidi normal sazlamağa da vaxt tapmadıq, sadəcə trasa çıxdıq və buna baxmayaraq birinci cərgəyə düşə bildik. Nəticə məni çox sevindirdi!
Asan olmadı, maksimum çalışmalı oldum. Lakin növbəti dəfə belə səhvlərdən qaçmağa çalışmalıyam, çünki qəza kvalifikasiyamıza təsir etdi. Sabah isə yarışdır, ona görə indi hazırlığa fokuslanmalıyıq. Düşünürəm ki, yaxşı nəticə uğrunda mübarizə apara bilərik”.




Şərh əlavə et