Kokpit.az xatırladır ki, “qırmızılar” Avstraliyadakı birinci sərbəst yürüşlərdə ilk iki yeri tutsalar da, ikinci sərbəst yürüşlərdə dörd və beşinci yerdə qərarlaşıblar.
Lyuis Həmilton (4-cü): “Əla gün idi! Trasa qayıdıb normal işləyə bilmək çox gözəldir. Burada olduğuma görə çox həyəcanlıyam. Sevdiyim işi görmək imkanı əldə etdiyim üçün inanılmaz dərəcədə minnətdaram. Bu gün tribunaların bu qədər dolu olması sadəcə möhtəşəmdir.
Bəzən trasda sürmək çətin idi, amma dövrələrimizdən maksimumu çıxarmağa və çox faydalı məlumat toplamağa nail olduq. Qarşıda hələ çox iş var və sabah yenidən sükan arxasına keçəcəyim anı səbirsizliklə gözləyirəm”.
Şarl Lekler (5-ci): “Uik-endə müsbət başlanğıc oldu. Birinci məşq yaxşı keçdi, ikinci sessiyada isə fərqli sazlama variantını yoxladıq, amma o, işləmədi. Bununla belə, bu da faydalı təcrübə idi.
Tədricən digər komandaların hansı formada olduğunu görməyə başlayırıq. Düşünürəm ki, bizi xüsusilə yarışda maraqlı mübarizə gözləyir.
Sabah sıralama turunda gərgin mübarizə olacaq. Yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik”.




Şərh əlavə et