Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Gecə işləməliyik

McLaren komandasının sürücüsü Lando Norris ikinci məşqin yekununda yeddinci yeri tutub və Piastridən bir saniyədən çox geri qalıb.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü birinci sərbəst yürüşlərdə problem yaşayıb və vaxt itirib.

Lando Norris (7-ci): “Çətin ilk gün oldu, amma yeni mövsümün əvvəlində yenidən sükan arxasına qayıtmaq çox yaxşıdır. Səhər etibarlılıq problemlərinə görə istədiyim qədər dövrə vura bilmədim, ona görə də bir qədər geri qaldım.

Yeni reqlament şəraitində maşında mümkün qədər çox vaxt keçirmək çox vacibdir. Buna görə axşam itirilmiş vaxtı kompensasiya etmək üçün işləməli olacağıq. Komandanın ikinci sessiyada topladığı dəyərli məlumatlar var və rəqiblərin hansı proqramla işlədiyini də təhlil edə bilərik. Axşam çox işləyəcəyik ki, sabah üçüncü məşqdə sükan arxasına qayıdanda fərqi azalda bilim”.

Rauf Hacıyev

Şərh əlavə et