O.Piastri: Cümə günü yaxşı idi

O.Piastri: Cümə günü yaxşı idi
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Avstraliya Qran Prisində ikinci sərbəst yürüşlərin protokoluna Oskar Piastri başçılıq edib. McLaren pilotu sıralanma turunda ön cərgələrdən birinə görə mübarizə aparacağına ümid edir.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü doğma vətənində iki Mercedes pilotunu da geridə qoyub.

Oskar Piastri (1-ci): “Cümə günü pis deyildi. Mənim üçün ikinci məşq birincidən daha rahat keçdi. Hələ üzərində işləməli olduğumuz çox şey var və maşın keçənilkindən xeyli fərqlənir. Amma dediyim kimi, ikinci məşq kifayət qədər problemsiz keçdi. Sabitliyi tapmağa və yeni məlumatlar əldə etməyə başladım ki, bu da yaxşıdır.

Bu gün topladığımız məlumatları təhlil edəcəyik. Əminəm ki, gecə ərzində hamı böyük addım atacaq və biz də eyni şeyi etməliyik.

Ümid edirəm ki, sıralama turunda ön cərgələrdən birinə görə mübarizə apara biləcəyəm. Yarış tempində tempimizin necə olduğunu hələ bilmirəm. Bəzi rəqiblərlə müqayisədə o qədər də yüksək olduğuna əmin deyiləm, lakin düşünürəm ki, pis formada deyilik.

Hazırda ən vacibi dövrələri sabit şəkildə keçmək və hər şeyin lazım olduğu kimi işləməsinə nail olmaqdır. Görünür, ikinci məşqdə buna bir qədər yaxınlaşdıq”.

Bunları da oxuyun

Şərh əlavə et