S.Berra: Deqradasiya azdır

S.Berra: Deqradasiya azdır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Pirelli şirkətinin baş mühəndisi Simone Berra Avstraliya Qran Prisində cümə günü keçirilən sərbəst yürüşlərin nəticələrini dəyərləndirib və müxtəlif təkər tərkiblərinin performansı barədə danışıb.

Kokpit.az xatırladır ki, bu gün Avstraliyada 2026-cı il mövsümü start götürüb.

Simone Berra: “Mövsümün ilk yarış həftəsonunda trasın vəziyyəti nəzərə alınmalı vacib amildir. İlkin mərhələdə asfaltın ilişməsi aşağı idi, lakin həftənin əvvəlində texniklərimizin apardığı ölçmələrlə müqayisədə şəraitin artıq yaxşılaşdığı görünürdü. Bazar gününə qədər bu tendensiya davam edəcək və bu da maşınların sürətinə təsir göstərəcək.

Birinci sərbəst yürüş əsasən maşınların trasdakı davranışını qiymətləndirməyə, o cümlədən güc qurğusunun enerjisinin idarə olunmasına həsr olunmuşdu. İkinci sessiyada isə bəzi komandalar yarış simulyasiyası üçün daha çox yanacaqla işləməyə üstünlük verdi.

Melburnda yaxşı tanınan problem olan təkərlərin dənlənməsi yenə də bəzi komplektlərdə özünü göstərdi. Bu, əsasən ön təkərlərdə və bütün üç tərkibdə müşahidə olundu. İlkin hesablamalarımıza görə, bu hal heç bir tərkib üçün ciddi problem yaratmamalıdır. Deməli, yarış strategiyasında hər üç tərkib rol oynaya bilər.

Tərkiblər arasındakı sürət fərqi hesablamalarımıza uyğundur. C3 və C4 arasında fərq təxminən 0,3–0,4 saniyə, C4 ilə C5 arasında isə təxminən yarım saniyədir. Deqradasiya böyük deyil və sürücülər onu idarə edə bilirlər”.

Bunları da oxuyun

Şərh əlavə et