Xəbəri Kokpitdə Oxuyun!

C.Rassellə xəbərdarlıq verilib

Melburnda cümə günü keçirilən ikinci sərbəst yürüşün əvvəlində baş verən insidenti araşdıran stüardlar Corc Rassell barədə qərar veriblər. O, boksdan çıxarkən pit yolunda hərəkətdə olan Arvid Lindbladın maşınına toxunmuşdu.

Araşdırmadan sonra stüardlar Mercedes komandasının sürücüsünə rəsmi xəbərdarlıq veriblər.

Stüardlar Rassellin “o mənə çırpıldı” arqumenti ilə razılaşmayıblar. FIA-nın Beynəlxalq İdman Məcəlləsinin IV fəsilinə əlavə olunan L əlavəsinə və yarış direktorunun 15-ci bəndinə əsasən, üstünlük artıq pit yolunda hərəkətdə olan maşına verilir.

Rassellə bağlı daha bir epizod da araşdırılıb. O, start prosedurunun məşqini yarış direktorunun icazə verdiyi sahədən kənarda yerinə yetirib və bununla təlimatı pozub.

Bu hadisəyə görə də stüardlar sürücünü əlavə olaraq xəbərdar edib və gələcəkdə belə hərəkətlərin qəbuledilməz olduğunu bildiriblər.

Rauf Hacıyev

Şərh əlavə et