Avstraliya trası əvvəlcədən dövrə üzrə enerji paylanması baxımından təqvimdə ən çətin treklərdən biri kimi qiymətləndirilirdi. Komandalar geniş proqram planlaşdırdığı üçün sürücülər ilk dəqiqələrdən trasa çıxıblar. Yeni mövsümdə trası ilk çıxan sürücü Audi komandası ilə Niko Hülkenberq olub.
Melburndakı yarış həftəsonunun bütün günlərinə biletlər satılıb və tribunalar artıq ilk sərbəst yürüşdə tam dolu olub.
Fernando Alonso boksda qalıb. Səhər Aston Martin komandası onun maşınındakı güc qurğusu problemi səbəbindən ilk sərbəst yürüşdə iştirak edə bilməyəcəyini açıqlayıb. Komanda yoldaşı Ləns Stroll isə cəmi üç dövrə vurub. Adrian Nyui rəhbərliyindəki komanda hələ də tam gücü ilə işləyə bilmir.
Sessiyanın üçüncü dəqiqəsində Oskar Piastrinin maşınında güc qurğusu güc itirib və o boksa qayıdıb, daha sonra yenidən trasa çıxıb. Pit yolunun çıxışında Arvid Lindblad dayanıb və mexaniklərin maşını geri aparması üçün virtual təhlükəsizlik avtomobili rejimi elan olunub. Lando Norrisdə isə sürət azaltma zamanı problemlər yaranıb və o, sessiyanı vaxtından əvvəl başa vurub.
Franko Kolapinto üçüncü döngədə çınqıllığa çıxıb, Karlos Sayns 12-ci döngədə, Ayzek Hacar isə birinci döngədə trasdan kənara çıxıb. Serxio Peresin Cadillac maşınında vibrasiya səbəbindən sağ güzgü qopub.
Sessiyanın yarısına qədər Medium təkərlərlə işləyən sürücülər daha sonra Soft təkərlərə keçərək qısa dövrələr seriyasında sürətlərini artırıblar. Red Bull və Ferrari sürücüləri ilk dördlükdə yerlərini dəyişiblər, Mercedes sürücüləri isə yarım saniyədən bir qədər çox geri qalıb.
48-ci dəqiqədə Aleks Elbonun Williams maşını 12-ci döngədən çıxışda hidravlikada təzyiq itkisi səbəbindən dayanıb. Yenidən virtual təhlükəsizlik avtomobili rejimi elan olunub və maşın baryerin arxasına çəkilib.
Serxio Peres dördüncü döngədə əyləcləmə zamanı fırlanaraq trasdan çıxıb, lakin baryerlə təmasdan qaçaraq hərəkətini davam etdirə bilib.
Sessiyanın ən sürətli nəticəsini Şarl Lekler göstərib – 1:20.267. Bu nəticə Lando Norrisin 2025-ci ildə Avstraliya Qran Prisinin ilk sərbəst yürüşdə göstərdiyi ən yaxşı vaxtdan üç saniyə zəif olub.
| Sıra | Sürücü | Zaman | Fərq | Dövrə |
|---|
| 1 | Ş. Lekler | 1:20.267 | — | 33 |
| 2 | L. Hamilton | 1:20.736 | +0.469 | 30 |
| 3 | M. Ferstappen | 1:20.789 | +0.522 | 27 |
| 4 | A. Hacar | 1:21.087 | +0.820 | 24 |
| 5 | A. Lindblad | 1:21.313 | +1.046 | 22 |
| 6 | O. Piastri | 1:21.342 | +1.075 | 21 |
| 7 | C. Rassell | 1:21.371 | +1.104 | 26 |
| 8 | K. Antonelli | 1:21.376 | +1.109 | 24 |
| 9 | Q. Bortoleto | 1:21.696 | +1.429 | 23 |
| 10 | N. Hülkenberq | 1:21.969 | +1.702 | 21 |
| 11 | E. Okon | 1:22.161 | +1.894 | 28 |
| 12 | K. Sayns | 1:22.323 | +2.056 | 30 |
| 13 | L. Louson | 1:22.613 | +2.346 | 28 |
| 14 | O. Berman | 1:22.682 | +2.415 | 25 |
| 15 | A. Elbon | 1:23.130 | +2.863 | 24 |
| 16 | F. Kolapinto | 1:23.325 | +3.058 | 26 |
| 17 | V. Bottas | 1:24.022 | +3.755 | 24 |
| 18 | P. Qasli | 1:24.035 | +3.768 | 27 |
| 19 | L. Norris | 1:24.391 | +4.124 | 7 |
| 20 | S. Peres | 1:24.620 | +4.353 | 14 |
| 21 | L. Stroll | 1:50.334 | +30.067 | 3 |
| 22 | F. Alonso | — | trasa çıxmayıb | — |




Şərh əlavə et