Bununla yanaşı, komandada mövcud vəziyyətin mürəkkəbliyi gizlədilmir. Yapon mühəndislər hələ də güc qurğusunda yaranan güclü titrəmənin səbəbini tam müəyyən edə bilməyiblər və bu titrəmə nəticəsində hibrid sistemin batareyası sıradan çıxır.
Nyui bildirib ki, onun rəhbərliyi altında hazırlanmış maşın “bəlkə də effektivliyinə görə beşinci yerdədir”. Lakin paddokda, o cümlədən The Race nəşrində yazıldığı kimi, şassinin həddindən artıq ağır olduğu barədə də söhbətlər dolaşır.
Aston Martin komandasının rəhbəri etiraf edib ki, komanda özü də müəyyən çətinliklərlə üzləşib. Xüsusilə də gələcək maşının modelinin Silverstoundakı aerodinamik boruda üfürülməsinə yalnız ötən ilin aprel ayının ortalarında başlanıb. Bu səbəbdən mühüm konstruktiv qərarlar daha gec qəbul edilib.
Buna baxmayaraq, Nyui mövsüm ərzində maşının ciddi şəkildə inkişaf etdirilə biləcəyinə inanır: “Bu baxımdan potensial çox böyükdür və artıq aqressiv yenilik planları hazırlanıb. Ümid edirəm ki, inkişaf üçün düzgün istiqamət tapmışıq və zaman keçdikcə şassimizin tam rəqabətədavamlı olmasına mane olacaq səbəb görmürəm”.
Digər tərəfdən, Honda-nın mütəxəssisləri vibrasiyanın ilkin səbəbini hələ də tam müəyyən edə bilməyiblər. Bununla belə, yapon mühəndislər batareyanı daha yaxşı qorumaq üçün müəyyən həll yolları tapıblar və testlərdən sonra Avstraliyaya yola düşənədək əsas diqqət məhz buna yönəlib.
Lakin Sakuradakı Honda tədqiqat mərkəzində tapılan həllər hələlik yalnız stend sınaqlarında yoxlanılıb. Onların real yarış həftəsonunda necə işləyəcəyi isə hələ məlum deyil. Honda Racing Corporation-ın prezidenti Koji Vatanabe də etiraf edib ki, bu həllərin “real tras şəraitində effektivliyinə tam zəmanət vermək mümkün deyil”.
Bu isə xoşagəlməz nəticəyə gətirib çıxarır: mühərrikin uzunmüddətli yüklənmələrə və maksimum rejimdə işləməyə tab gətirib-gətirməyəcəyi hələ də sual altındadır. Nyui izah edib ki, problem daxiliyanma mühərriyi ilə MGU-K motor-generatorunun kombinasiyasının xüsusiyyətləri ilə bağlı ola bilər. Nəticədə güclü vibrasiya şassiyə ötürülür və bu məsələni hələlik həll etmək mümkün olmayıb.
Bunun nəticəsində həm maşının bəzi detalları qırılır, həm də sürücülər ciddi narahatlıq yaşayır, çünki AMR26-nı idarə etmək çox komfortsuzdur. Bu səbəbdən Avstraliya Qran Prisi həftəsonunda komanda dövrələrin sayını məhdudlaşdırmalı olacaq.
Bununla belə, bu o demək deyil ki, Fernando Alonso və Lens Stroll startdan dərhal sonra boksa qayıdacaqlar. Amma onların Avstraliya Qran Prisində finişə qədər gəlib çıxması da böyük ehtimalla çətin olacaq.




Şərh əlavə et