Ş.Lekler ehtiyatlı danışıb

Ş.Lekler ehtiyatlı danışıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının sürücüsü Şarl Lekler qarşıdan gələn mövsümlə bağlı gözləntilərindən danışarkən komanda yoldaşı Lyuis Həmiltonla müqayisədə daha ehtiyatlı mövqe nümayiş etdirib.

Kokpit.az xatırladır ki, 2026-cı il ilə birlikdə Formula 1-də tamamilə yeni era başlayır.

Şarl Lekler: “Bu mövsümə kifayət qədər neytral yanaşıram. Mən artıq bir neçə ildir Ferrari komandasında çıxış edirəm və burada vəziyyətin necə olduğunu yaxşı bilirəm. Ferrari-də yarışmaq inanılmazdır, amma komandanın ətrafında həmişə çox səs-küy və böyük gözləntilər olur, halbuki bunlar hər zaman real mənzərəni əks etdirmir.

Hazırda konkret gözləntim yoxdur. Sadəcə gündən-günə işləyirəm, işimi mümkün qədər yaxşı görməyə çalışıram və ümid edirəm ki, bazar günü burada mövsümün ilk qələbəsini qeyd edə biləcəyik. Əgər belə olmasa, işləməyə davam edəcəyik.

Görürəm ki, Lyuis çox həyəcanlıdır. O, keçən il komandaya qoşulduğuna görə çox sevinirdi və biz hər ikimiz yeni maşınların ortaya çıxmasından məmnunuq. Yeni eraya yaxşı başlamaq vacibdir və mövsümü mümkün qədər uğurlu keçirmək üçün hər ikimiz komanda ilə birlikdə çox işləməliyik.

Əminəm ki, maraqlı mövsüm olacaq. Uzun illər daha ənənəvi maşınlarla yarışmışıq. Qaydalar dəyişəndə hər ssenarini əvvəlcədən işləyirdik, lakin yeni maşınlarla belə ssenarilər həddindən artıq çoxdur. Məsələn, təhlükəsizlik avtomobilindən sonra restart – bəzi vəziyyətləri sadəcə simulyasiya etmək mümkün deyil, ona görə də sürprizlər ola bilər”.

Bunları da oxuyun

Şərh əlavə et