Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Öyrəşməliyik

Testlər zamanı əksər sürücülər yeni reqlamenti və tam güclə hücum etmək əvəzinə dövrə ərzində enerjini bölüşdürmək məcburiyyətini tənqid ediblər.

Dördqat Dünya Çempionu Maks Ferstappen düşünür ki, sürücülər bu yeniliklərə öyrəşməlidirlər.

Maks Ferstappen: “İndi nəyisə dəyişmək üçün çox gecdir. Bu reqlamentə o qədər pul yatırılıb ki, o, bir müddət dəyişməz qalacaq. Nəyin baş verəcəyini əvvəlcədən proqnozlaşdırmaq olardı, indi isə hər şey praktikada təsdiqlənib və buna görə bir qədər gecdir.

Qış testlərindən çox razıyam. Yeni güc qurğusunun debütü hamı üçün əla məqamdır. Mühərrik və maşınla bağlı bütün layihənin vahid bir sistemə çevrilməsi ilə fəxr edirdik. Trasda hiss etdiklərim məni xoş şəkildə təəccübləndirdi.

Yeni reqlamentə uyğunlaşmaq hamı üçün inanılmaz dərəcədə çətin idi. Lakin maşındakı hisslər, mühərriklə şassinin qarşılıqlı işi baxımından hər şey yaxşıdır. Mənim xoşuma gəlməyən bəzi başqa məqamlar barədə öz fikrim var, amma komandada baş verənlər çox pozitiv idi. Bundan çox razıyıq.

Sürət heç vaxt kifayət etmir. Həmişə daha çoxunu istəyirsən. Bəhreyndə gördüklərimizə əsasən biz ən sürətli deyilik, ancaq qüvvələr nisbətinin sonda necə olacağını heç təsəvvür etmirəm. Əvvəlcə görək bu həftəsonu hər şey necə alınacaq”.

Rauf Hacıyev

Şərh əlavə et