Kokpit.az xatırladır ki, Honda mühərriyində olan güclü titrəmə sürücülərin sağlamlığı üçün də təhlükədir.
Fernando Alonso: “Maşını idarə etmək çətin deyil. Sadəcə sükan arxasında adrenalin istənilən ağrıdan qat-qat güclüdür. Gəlin məsələni dəqiqləşdirək. Əgər qələbə uğrunda mübarizə aparsaydıq, maşında üç saat da qala bilərdik.
Maşında olarkən heç bir məhdudiyyət hiss etmirsən. Amma belə titrəmə olmamalıdır. Bir neçə ay belə sürsək, bunun nəyə gətirib çıxaracağını bilmirik. Həll yolu tapmaq lazımdır.
Mühərriyin titrəməsi maşının komponentlərinə zərər verir və 20-25 dəqiqədən sonra bunu fiziki olaraq hiss etməyə başlayırsan. Məncə ən uyğun söz əllərin və ya ayaqların bir qədər keyiməsidir.
Hər gün Honda-nın Sakuradakı bazasında problemin həllini tapmağa çalışırlar. Bəhreyndən sonra bir neçə test keçiriblər. Bəzi həllər artıq maşında quraşdırılıb.
Mən 100 faiz əminəm ki, Honda bütün problemləri həll edəcək, çünki onlar bunu keçmişdə də bacarıblar. Onlar rəqabətədavamlı olacaqlar və bu mühərrik bir gün Formula 1-də ən yaxşı mühərriklərdən birinə çevriləcək”.




Şərh əlavə et