Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Sürətlənəcəyik

Sonuncu Dünya Çempionu Lando Norris hesab edir ki, mövsümün əvvəlində McLaren rəqiblərindən geri qalsa belə, sonradan vəziyyəti düzəldə bilər.

Kokpit.az xatırladır ki, “narıncılar” son iki mövsümü çempion kimi bitirsə də, artıq idmanda hər şey yenilənib. Buna görə də güc balansı dəyişib.

Lando Norris: “Keçən ilin təcrübəsi göstərdi ki, bir-iki uğursuz yarışa və ya mövsümün zəif başlanğıcına görə çox məyus olmaq lazım deyil. Əgər işləməyə davam etsəniz, hər şey yoluna düşə bilər.

Mən komandaya çox inanıram. Hətta mövsümə ən yaxşı formada başlamasaq belə, il ərzində irəliləyiş əldə edib vəziyyəti yaxşılaşdıracağımıza əminəm.

Amma mövsümə yaxşı başlasaq belə, yenə də düşünürəm ki, inkişaf edəcəyik və mövsümün ortasında nəticələrimizi xeyli yaxşılaşdıracağıq. Bu isə, əlbəttə, bu həftəsonundakı və ya ilin ilk yarışlarındakı nəticələrimizdən asılı deyil”.

Rauf Hacıyev

Şərh əlavə et