Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Hisslər fərqlidir

Mövsümün ilk yarış həftəsonu başlamazdan əvvəl Lyuis Həmilton komanda ilə əməkdaşlığında müsbət dəyişikliklər hiss etdiyini bildirib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü keçən il Ferrari-yə qatılmış və istədiyi nəticələri əldə etməmişdi. Yeddiqat Dünya Çempionu karyarasında ilk dəfə bir mövsümü podium qazanmadan bitirmişdi.

Lyuis Həmilton: “İndi hisslər tamamilə fərqlidir. Mən komandada bir il keçirmişəm, bu mədəniyyəti hiss etmişəm, artıq bir-birimizi daha yaxşı anlayırıq və birlikdə işləməyi öyrənmişik. Biz artıq bir komandaya çevrilmişik və mən özümü daha xoşbəxt hiss edirəm.

Bu, mədəniyyət məsələsidir – italyan komandasının işləmə tərzi ilə britaniya komandalarında gördüklərim arasında fərq var. Sadəcə bir-birimizi tanımaq prosesi idi: çoxlu görüşlər, müzakirələr, ünsiyyət və əlaqələrin qurulması…

Keçən il bazada çox işlədim və indi də tez-tez orada oluram. Amma təkcə dəyişiklik istəmək kifayət deyil. Müttəfiq münasibətlər qurmaq və dəyişikliklərin niyə hamımız üçün daha yaxşı olduğunu göstərmək lazım idi. Biz buna keçən ilin sonuna doğru başladıq və indi də davam etdiririk.

Keçən il öyrənmək çox çətin idi, sanki hər şeyi prosesin içində öyrənirdik. Lakin bu il  yaxşı hazırıq və bu məni çox sevindirir. Bu, komandaya olan inamla bağlıdır. Bilirəm ki, birlikdə çox şeyə nail ola bilərik”.

Rauf Hacıyev

Şərh əlavə et