Kokpit.az xatırladır ki, yeni mövsümdə əksəriyyət Mercedes-i əsas favorit kimi görür.
Corc Rassell: “Bizim tərəfdən heç bir oyun yox idi. Testlərin hər iki həftəsində proqramımıza ciddi şəkildə əməl etdik, yanacaq sərfiyyatını və mühərrikin gücünü dəyişmədik. Güclü və ya zəif görünüb-görünməməyimizdən asılı olaraq planlarımızı da dəyişmədik.
İkinci testlərdə mənə elə gəldi ki, Red Bull bolidləri şübhəli dərəcədə yavaş gedirdi. İlk testlərdə biz bəlkə də onlardan geri qalırdıq. Göstəricilərimizə görə, ikinci testlərdə onlar potensiallarından təxminən 0.7 saniyə yavaş sürürdülər, biz və Ferrari isə bolidin təkmilləşdirilməsi sayəsində təxminən 0.2 saniyə sürətlənmişdik. Bir həftə ərzində onların necə 0.7 saniyə itirdiyini anlamaq mənə çətindir.
Düzünü desəm, düşünürəm ki, burada Red Bull-un bolidləri çox sürətli olacaq. Elə buna görə də hamımıza nəticə maraqlıdır”.




Şərh əlavə et