Kokpit.az xatırladır ki, bu il idmanda köklü dəyişikliklər olub və bu da bütün komandalara yeni fürsətlər bəxş edir.
Toto Volff: “Hazırda çempionatda hamının imkanları bərabərdir. Bu gün hansısa komanda orta qrupda mübarizə aparır və istədiyi qədər rəqabətədavamlı deyil, amma altı aydan sonra harada olacağını kim bilir?
Xatırlayın, bir neçə il ardıcıl olaraq McLaren ciddi çətinliklər yaşayırdı. Daha sonra isə komanda Feniks quşu kimi dirçəldi və o vaxtdan çempionluqlar qazanmağa başladı.
Bəli, ən güclü komandaların təcrübəsi daha çoxdur. Lakin indi bütün kollektivlərdə ağıllı və təcrübəli mütəxəssislər çalışır, maliyyə şərtləri də hamı üçün bərabərdir. Belə şəraitdə qüvvələr nisbəti çox tez dəyişə bilər”.




Şərh əlavə et