Australian Grand Prix Corporation-un tədbirlər üzrə baş mütəxəssisi Tom Mottrem bunu belə izah edib: “Bokslarımız və pit-leynimiz böyük ehtimalla Formula 1 təqvimində ən kompakt zonalardan biridir. On birinci komandanın qatılacağı dəqiqləşən kimi, biz dərhal onun üçün əlavə qonaq sahəsi, yüklərin saxlanması, komanda körpüsü və digər infrastrukturun təşkili üzərində işləməyə başladıq.
Ən azı bu il dəyişə bilməyəcəyimiz yeganə şey boksların ölçüsüdür. Buna görə də müvəqqəti olaraq bir qədər sıxlıq yaranacaq. Bu isə o deməkdir ki, komandalar daha kompakt yerləşdiyinə görə pit yolunun sürətini 80-dən 60 km/saata endirməli olduq. Amma on birinci komandanın – Cadillac-ın qatılması naminə buna hazırıq”.




Şərh əlavə et