Kokpit.az xatırladır ki, Avstraliyada bu həftəsonu yeni mövsüm başlayır.
Lando Norris: “Hər kəsə salam! Mövsüm başlamaq üzrədir və biz yenidən yollara düşürük. Ona görə də səfərlərdə nə olmadan keçinə bilmədiyim barədə danışım.
Birincisi qulaqlıqlarımdır. Onlarsız yaşaya bilmərəm. Təyyarədə yata bilmirəm, rahatlaşa bilmirəm, hətta bəzən mahnı oxumaq istəyirəm və bunlar üçün qulaqcıq vacibdir. Üstəlik, başqalarının söhbətlərindən uzaqlaşmağa da kömək edir. Doğrudan da əla şeydir.
İkincisi kitab. Açığı, çox oxuyan deyiləm, lakin özümlə götürmək yaxşıdır. Bu il daha çox oxumağa çalışacağam. Hər il bunu deyirəm. (gülür)
Üçüncüsü fotoaparatım. Adətən səfərə kamera aparıram, xüsusilə də sadə, birdəfəlik aparatları xoşlayıram. Onlarla həmişə ideal kadr alınmır, ancaq maraqlıdır. Adətən ayrıca bir çantam olur, içi kamera və müxtəlif kabellərlə dolu.
Həmişə özümlə apteçka da götürürəm. Bu barədə danışmaq darıxdırıcıdır, amma çox vacibdir. Şəxsi məşqçim və komandanın həkimi onu müxtəlif dərmanlarla doldururlar. Onların adlarını belə düzgün tələffüz edə bilmirəm.
Daim səyahət edib çox işləyəndə xəstələnmək asandır. Ona görə də kiçik qırmızı çantam var. Həmçinin ülgüc və dezodorant da mütləq yanımda olur. Azarkeşlər tez-tez mənə müxtəlif bilərziklər hədiyyə edirlər, onları da baqajıma qoyuram.
Az qala ən vacib şeyi unutmuşdum – səyahət üçün şəbəkə adapteri! Bu cihaz sözün əsl mənasında həyatı xilas edir. Dünyanın ən faydalı əşyalarından biridir və bütün ölkələrdə işləyir.
Ümumilikdə deyərdim ki, bunlar mənim üçün ən vacib şeylərdir və həqiqətən də belədir”.




Şərh əlavə et