Pirelli-nin Avstraliya performansı maraqlıdır

Pirelli-nin Avstraliya performansı maraqlıdır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Pirelli şirkəti Albert-Park üçün son iki mövsümdə olduğu kimi yenə də ən yumşaq üçlüyü seçib. Bunlar C3, C4 və C5-dir. Tras göl ətrafından keçir və sürətli düzlük hissələri ilə texniki, orta və aşağı sürətli döngələrin kombinasiyasını təklif edir.

Bu tras təkərlərə xüsusi aqressiv tələblər qoymur. Aşınma adətən temperaturdan deyil, təbii mexaniki amillərdən qaynaqlanır. Qismən ümumi istifadədə olan yollar üzərinə döşənmiş asfalt çox hamardır. Ötən il yağışsız günlərdə örtükdə xırda çınqıl müşahidə olunmuşdu, lakin çox az miqdarda.

İlk məşqdən etibarən komandaların yeni bolidlərinin real potensialını necə tədricən açacaqları maraqlı olacaq. İlkin dövrələr ön və arxa oxlarda təkər temperaturunun balansını tapmağa kömək edəcək. Güc qurğusunun arxa oxa ötürdüyü enerji qaçılmaz olaraq asimmetriya yaradacaq və xüsusilə sıralama turunda bunu tənzimləmək lazım gələcək – ya temperaturu dəyişməklə, ya da sürətli cəhddən əvvəl əlavə isinmə dövrəsi atmaqla.

Strategiyaya təsir edəcək pit-stop sayını proqnozlaşdırarkən bir neçə dəyişəni nəzərə almaq lazımdır: bəzi bolidlərin təkərlərə daha çox yük verməsi və ötmə imkanları. Maşınlar ötən illə müqayisədə daha kiçik olsa da, Albert Parkda edilən dəyişikliklərə baxmayaraq burada ötmə hələ də asan deyil.

Avstraliyada daha bir mühüm amil hava şəraiti ola bilər. Yarış payızın əvvəlində (ötən ildən bir həftə tez) keçirilir və bu dövr temperatur fərqləri və yağışlarla xarakterizə olunur. 2025-ci ildə leysan yağışları yarışın gedişinə ciddi təsir göstərmişdi və həmin yarışı Lando Norris keçid təkərlərində qazanmışdı.

Bunları da oxuyun

Şərh əlavə et