Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin Avstraliyada 1 dövrə vuracaq?

Aston Martin-in bolidində istifadə olunan Honda güc qurğusunun etibarlılıq problemləri və təhlükəli vibrasiyası Melburndakı mərhələ üçün komandanı çətin ssenari ilə üz-üzə qoya bilər.

Problemlərin miqyasının böyük olduğu bildirilir. Şayiələrə görə, Aston Martin hətta fors-major əsas gətirərək yarışda iştirakdan imtina variantını da nəzərdən keçirib. Lakin belə addım Formula 1 çərçivəsində qüvvədə olan Razılaşma Müqaviləsinin pozulması kimi qiymətləndirilə bilərdi. Buna görə də başqa bir plan ortaya çıxıb.

Həmin plana əsasən, AMR26 Melburnda tras üzərinə çıxacaq, sıralanma turunda liderin vaxtının 107 faizi həddinə düşərək start hüququ qazanacaq, lakin yarışda hər iki bolid ilk dövrələrdən sonra texniki səbəblərlə mübarizəni dayandıra bilər. Çünki mövcud vəziyyətdə finişə qədər çatmaq real görünmür.

Bu ssenari Aston Martin-in imicinə zərbə vura bilər, lakin komandaya və motor istehsalçılarına vaxt qazandırar. Bununla belə, kollektivin bu çətin vəziyyətdən layiqincə çıxmaq üçün əlindən gələni edəcəyi gözlənilir. Cümə günü komanda vəziyyəti qismən də olsa yaxşılaşdırmağa imkan verə biləcək bəzi texniki həlləri sınaqdan keçirməyi planlaşdırır.

Rauf Hacıyev

Şərh əlavə et