Xəbəri Kokpitdə Oxuyun!

Avstraliyaya çatmaq mümkün olacaq?

2000-dən çox Formula 1 əməkdaşı hazırda mövsümün ilk yarışının keçiriləcəyi Melburna çatmağa çalışır.

Söhbət yalnız F1 komandalarından deyil, həm də Formula 2 və Formula 3 kollektivlərindən, FOM-un çəkiliş qruplarından, FIA nümayəndələrindən və jurnalistlərdən gedir. Bir sözlə, “böyük sirk” Yaxın Şərqdə hərbi əməliyyatlara görə uçuşlara bağlanmış ölkələri yan keçərək Avstraliyaya alternativ marşrutlar axtarır.

Yaxın Şərqdə bu istiqamətdə aktiv fəaliyyət göstərən bir çox aviaşirkət bazalanıb. Xüsusilə, Avstraliya Qran Prisinin titul sponsoru və Formula 1-in tərəfdaşı olan Qatar Airways, eləcə də Emirates daşımaların böyük hissəsini həyata keçirməli idi.

Əksər əməkdaşlar bazar ertəsi və çərşənbə axşamı artıq Melburnda olmalıdır, lakin adi marşrutlarla Avstraliyaya vaxtında çatmaq mümkün deyil. Menecerlər biletləri Sinqapur və Honq Konq üzərindən yenidən bron edirlər və ya Qantas reysləri ilə Pertə uçaraq oradan ölkədaxili reyslərlə şərq sahilinə keçirlər.

Təşkilatçılar zərurət yaranarsa həftəsonunun proqramında dəyişiklik etməyə hazır olduqlarını bildiriblər. Lakin Formula 1 hazırda rəsmi olaraq təqvimə düzəliş üçün əsas olmadığını açıqlayıb.

Rauf Hacıyev

Şərh əlavə et