Xəbəri Kokpitdə Oxuyun!

Williams BNY ilə tərəfdaşlığa başlayıb

Maliyyə xidmətləri göstərən BNY şirkəti və Williams komandası ənənələrə, nəticəyönümlülüyə və innovasiyaya əsaslanan uzunmüddətli tərəfdaşlıq elan ediblər.

BNY kapital bazarında fəaliyyət göstərir, dünyanın 100-dən çox bazarında investisiya, ticarət və əməliyyatların həyata keçirilməsinə kömək edir. Bu təşəbbüs çərçivəsində BNY Formula 1 tarixinin ən uğurlu komandalarından birini dəstəkləyən tərəfdaş kimi Williams-a qoşulur. BNY-nin loqotipləri pilotların kombinezonlarında və komandanın maşınlarında yer alacaq. Təfərrüatlar fevralın 3-də rəng çaları təqdimatında açıqlanacaq.

Komandanın rəhbəri Ceyms Vavlz: “2026-cı il mövsümü və sonrakı illər üçün BNY-ni tərəfdaşlarımız sırasında salamlamaqdan məmnunuq. Yarışda olduğu kimi qlobal bazarlarda da yeni düşüncə tərzini təşviq etmək və gələcəyin imkanlarından yararlanmaq üçün BNY ilə əməkdaşlığı səbirsizliklə gözləyirik”.

Rauf Hacıyev

Şərh əlavə et