Səbəb isə komandanın yeni bolidinin FIA-nın məcburi krəş-testlərindən keçə bilməməsi ilə bağlıdır. Bununla yanaşı, bir sıra mənbələrdə FW48 şassisinin normadan ağır olması ilə bağlı ehtimallar da yayılıb.
Guya onun çəkisi minimum icazə verilən 768 kq həddini 20–30 kiloqram üstələyib. Əgər bu məlumatlar doğrudursa, deməli Williams üçün köhnə problem yenidən təkrarlanır. Eyni məsələ komandaya 2024-cü ildə də mane olmuşdu.
Bu tip çətinlikləri qısa müddətdə aradan qaldırmaq mümkün deyil və Qrouv bazasında yanvar testlərinin buraxılması da təəccüb doğurmur. Bu isə mövsümün ilk yarışlarına hazırlığın keyfiyyətinə qaçılmaz şəkildə təsir göstərəcək.
Williams üç gün əvvəl yayımladığı açıqlamadan sonra hələlik heç bir yeni rəsmi şərh verməyib. Amma azarkeşlər artıq yayılan şayiələri fəal şəkildə müzakirə edirlər. Onlar xüsusilə xatırladırlar ki, komandada indi Alpine-in keçmiş texniki direktoru Mett Harman çalışır. O, 2024-cü ilin əvvəlində zəif nəticələrə görə vəzifəsindən uzaqlaşdırılmışdı. Onun rəhbərliyi altında hazırlanmış Renault bolidi də vaxtilə həddindən artıq ağır olmuşdu.




Şərh əlavə et