Xəbəri Kokpitdə Oxuyun!

F.Sleyter Audi-nin proqramına daxil olub

Biz artıq yazmışdıq ki, 17 yaşlı britaniyalı Freddi Sleýter bu il Trident komandası ilə Formula 3-də ilk tam mövsümünü keçirəcək.

Bu gün isə açıqlanıb ki, o, keçmiş pilot Allan Maknişin rəhbərlik etdiyi Audi-nin yeni gənclər proqramının ilk üzvü olub.

Allan Makniş: “Freddinin çox böyük potensialı var. Onun nəticələri təsirlidir, amma daha vacibi məqsədyönlülüyü, qətiyyəti və öyrənməyə açıq olmasıdır. Bunlar idmanımızın zirvəsinə çatmaq üçün vacib keyfiyyətlərdir”.

Freddi Sleýter: “Mənim üçün Audi-nin gənclər proqramına seçilən ilk pilot olmaq böyük şərəfdir.

Audi F1-in dəstəyi möhtəşəm fürsətdir. Mən tam şəkildə işə fokuslanmışam və məqsədimə çatmaq üçün bu imkandan maksimum istifadə edəcəyəm”.

Rauf Hacıyev

Şərh əlavə et