Xəbəri Kokpitdə Oxuyun!

Custi Rodin komandasına keçib

Alessandro Custi 2027-ci ildə də Formula 3-də mübarizəsini davam etdirəcək. Fransalı pilot yeni mövsümdə Rodin Motorsport-un heyətində çıxış edəcək. O, komandanın heyətində Pedro Klerot və Reza Sivorutun ilə birlikdə yarışacaq.

Custi son iki mövsümü Formula 3-də MP Motorsport-un heyətində keçirib. Onun bu seriyada ən yaxşı nəticələri 2025-ci ildə Barselona və Şpilberq mərhələlərində qazandığı iki podium olub.

Alessandro Custi: “Rodin Motorsport-a qoşulduğum üçün çox sevinirəm. Artıq komandanın bazası, idman zalı və simulyatoru ilə tanış olmuşam. Bütün bunlar məndə böyük təəssürat yaratdı.

Bu komanda üçün çıxış etmək imkanı qazandığım üçün şadam. Gələn mövsüm uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm”.

Rauf Hacıyev

Şərh əlavə et