Xəbəri Kokpitdə Oxuyun!

Salim Hanna Campos-da yarışacaq

Ferrari Sürücü Akademiyasının üzvü Salim Hanna 2027-ci il mövsümündə Formula 3-də çıxış etmək üçün Campos Racing ilə müqavilə imzalayıb.

Kolumbiyalı pilot bu mövsüm AIX Racing-in heyətində Formula 3-ün Şpilberq və Hungaroring mərhələlərində iştirak edib. Onun ən yaxşı nəticəsi Avstriyada keçirilən bazar günü yarışında tutduğu 19-cu yer olub.

Salim Hanna: “Bu möhtəşəm komandanın bir hissəsi olduğum üçün çox sevinirəm. İlk gündən burada mənə xoş münasibət göstərildiyini hiss etdim. Öyrənmək və hər gün daha da inkişaf etmək üçün səbirsizlənirəm.

Güclü komandamız var. Ümid edirəm ki, gələn il liderlər arasında mübarizə aparacaq və birlikdə böyük uğurlar qazanacağıq!”

Rauf Hacıyev

Şərh əlavə et