Xəbəri Kokpitdə Oxuyun!

Üç F2 komandası heyətini açıqlayıb

Formula 2 komandaları Rodin Motorsport, Hitech TGR və Trident gələn mövsüm üçün pilot heyətlərini rəsmən elan edib.

Rodin Motorsport komandası Aleks Dannla müqaviləni uzadıb. İrlandiyalı sürücü 2025-ci ildə iki qələbə qazanıb, səkkiz dəfə podiuma çıxıb və mövsümü beşinci yerdə başa vurub. Onun komanda yoldaşı əvvəlki kimi Martinius Stenshorn olacaq. Stenshorn bu il Formula 3 mövsümünü başa vurduqdan sonra Rodin Motorsport-a qoşulmuşdu.

Hitech TGR komandası heyətinə Ritomo Miyatanı qatıb. Yaponiyalı sürücü 2025-ci ili ART Grand Prix ilə keçirib, onun ən yaxşı nəticəsi Belçika Qran Prisinin bazar yarışındakı ikincilik olub. Miyata mövsümü  on yeddinci yerdə tamamlayıb.

Trident isə gələn mövsüm üçün tam heyətini qoruyub. 2026-cı ildə komandanın heyətində Lorens van Hupen və Con Bennett çıxış edəcək. Van Hupen bu il Formula 3-də yarışıb, iki dəfə podiuma yüksəlib və çempionatı  on ikinci yerdə bitirib. O, Azərbaycan Qran Prisində Trident komandası ilə Formula 2-də debüt edib, lakin üç yarış həftəsonunda xal qazana bilməyib.

Con Bennett isə 2025-ci ildə Van Amersfoort Racing üçün tam mövsüm keçirib, bir xal qazanıb və çempionatda iyirmi ikinci yerdə qərarlaşıb.

Rauf Hacıyev

Şərh əlavə et