18 yaşlı italiyalı pilot ötən mövsüm MP Motorsport-un heyətində çıxış edib. Onun ən yaxşı nəticələri dörd dəfə tutduğu dördüncü yerlər olub. Kolnaqi mövsümü fərdi sıralamada 13-cü pillədə başa vurub.
Mattia Kolnaqi: “2027-ci il Formula 3 mövsümündə Campos Racing-ə qoşulduğum üçün çox sevinirəm. Əvvəlki seriyalarda bu komandaya qarşı mübarizə aparmışam və həmişə ona böyük hörmətlə yanaşmışam. Xüsusilə də indi, Formula 3-də həm pilotlar, həm də komandalar çempionluğunu qazandıqdan sonra.
Digər seriyalardakı uğurlarım və bu il Formula 3-də qazandığım təcrübə əsasında əminəm ki, Campos ilə birlikdə 2027-ci ildə yüksək nəticələr uğrunda mübarizə aparmaq potensialımız var.
Qarşıdakı testlərdə işə başlamağı və uğurlu mövsümün təməlini qoymağı səbirsizliklə gözləyirəm”.




Şərh əlavə et