Kokpit.az xəbər verir ki, əvvəlcə bu addımın səbəbi açıqlanmayıb, lakin daha sonra britaniyalı avtomobil istehsalçısı qısa rəsmi bəyanat yayıb və qəbul edilən qərarı izah edib.
“Aston Martin ilə Formula 1 arasında rəsmi təhlükəsizlik avtomobili və tibbi avtomobilin təqdim olunmasına dair razılaşma 2025-ci ilin sonunda başa çatıb, – Aston Martin-in açıqlamasında deyilir. – Bu əməkdaşlığa və son beş il ərzində əldə edilən uğurlara görə minnətdarıq. Biz start düzümündə mühüm rol yerinə yetirmişik və bu da brendin Formula 1-də mövcudluğunun güclənməsinə töhfə verib”.
Xatırladaq ki, Aston Martin 2021-ci ildən bəri Formula 1-i Təhlükəsizlik və Tibbi Maşın ilə təchiz edirdi.



Şərh əlavə et