Xəbəri Kokpitdə Oxuyun!

Williams-a yeni sürücü qatılıb

İtaliya Formula 4 çempionu Ken Nakamura-Berta Williams komandasının gənclər akademiyasına qoşulub.

Yapon və slovak kökləri olan gənc pilot kartinqdə bir neçə titul qazanıb, aşağı sinif formulalarda uğurlu debüt edib və 2025-ci ildə İtaliya F4 çempionatında 9 qələbə qazanıb. O, 2026-cı ildə Avropa və Yaxın Şərq Formula Regional seriyalarında yarışacaq.

Ken Nakamura-Berta: “Williams Akademiyasına qoşulmaq imkanı əldə etdiyim üçün çox xoşbəxtəm. Bu komanda böyük uğurlara imza atıb və zəngin tarixə malikdir. Onların bir parçası olmaq mənim üçün qürurvericidir.

Mənə inandıqları üçün Williams-dakı hər kəsə təşəkkür edirəm. Bu yeni mərhələnin başlanmasını səbirsizliklə gözləyirəm!”

Rauf Hacıyev

Şərh əlavə et