Xəbəri Kokpitdə Oxuyun!

Kataloniya təqvimdə növbəli şəkildə qalacaq

Barselona yaxınlığında yerləşən Kataloniya trasının Formula 1 ilə müqaviləsi 2026-cı ilin sonunda başa çatır, lakin yarışın promouterləri İspaniya Qran Prisinin Madriddə yerləşən trasa köçürülməsinə baxmayaraq, əməkdaşlığın davam etdiriləcəyinə ümidlə yanaşırlar.

Kataloniya trası Formula 1 təqvimində qalacaq, lakin bu, Belçikanın Spa-Frankorşam trası ilə rotasiya prinsipi əsasında həyata keçiriləcək.

2025-ci ilin əvvəlində Formula 1 Belçika Qran Prisinin 2026, 2027, 2029 və 2031-ci illərdə keçirilməsi ilə bağlı müqaviləni uzadıb. 2028 və 2030-cu illərdə isə Spa-nın təqvimdəki yerini başqa bir Avropa trası tutacaq. Məlum olub ki, həmin tras Barselona olacaq. Bundan əlavə, yeni razılaşma İspaniya mərhələsinin 2032-ci ildə də keçirilməsini nəzərdə tutur.

Formula 1-in Barselona ilə müqavilənin uzadılması barədə rəsmi açıqlamasının yaxın vaxtlarda verilməsi gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et