Aleks Elbon və Karlos Sayns 2016-cı ildən bəri Willians-a ən uğurlu Formula 1 mövsümünü yaşadıb. Saynsın mövsüm ərzində qazandığı iki podium isə bu performansın əsas məqamları olub.
Buna baxmayaraq, komandanın rəhbəri Ceyms Vovlz mövsüm başlamazdan əvvəl gözləntiləri xeyli aşağı salıb. İlin lap əvvəlindən onun və komandadakı əsas heyətin düşüncəsi 2026-cı ilin reqlamentləri üzərində cəmləşib.
Daxili hədəflərini artıqlaması ilə yerinə yetirdikləri təsirli mövsümdən sonra Williams 2026-cı ildə növbəti addımı atmağa daha da motivasiyalıdır.
Williams hamıdan əvvəl diqqəti 2026-cı il paketinə yönəldib
2026-cı ildə mövsümə güclü başlanğıc etməyin hər bir komanda üçün prioritet olduğu danılmazdır. Red Bull-un 2022-ci ildə, Mercedes-in isə 2014-cü ildə göstərdiyi nümunə yeni nəsil bolidlərdə erkən üstünlüyün nə qədər vacib olduğunu sübut edib.
Buna baxmayaraq, bir çox komanda – xüsusən də titul uğrunda mübarizə aparan Red Bull və McLaren builki bolidə də müəyyən resurslar ayırıb. Yalnız yay fasiləsindən sonra 2026-cı il bütün komandalar üçün əsas fokus nöqtəsinə çevrilib.
Williams üçünsə bu qərar xeyli əvvəl verilib. Komanda ötənilki bolidi erkən mərhələdə kənara qoyub və 2024-cü ilin ikinci yarısında cari mövsümün FW47 bolidinin inkişafını tamamlayıb.
2025-ci il üzrə işləri tez bitirmək, yanvarın 1-dən etibarən bütün diqqəti 2026-cı il reqlamentlərinə yönəltməyə imkan verib.
İlin ilk günündə – komandaların aerodinamik boruda 2026-cı il bolidlərini sınaqdan keçirə bildiyi anda Williams vaxt itirmədən növbəti mövsüm üçün ilk simulyasiyalara başlayıb.
Yeni reqlamentlərin maksimum optimallaşdırılmasına yönəlmiş bu yanaşma səbəbindən Qrov bazalı komanda 2025-ci ildə xüsusilə rəqabətədavamlı mövsüm gözləməyib. Bu mövzu Karlos Saynsa da komandaya qoşulmazdan əvvəl açıq şəkildə bildirilib.
Məhz buna görə son 12 ayda əldə olunan nəticələr gözlənilməz olub. Bu mövsüm üçün planlaşdırıla biləcək bütün yeniliklər gələn ilin xeyrinə qurban verilib.
Ceyms Voulz bunu daha əvvəl belə izah edib: “Əvvəldən açıq demişəm ki, əsas diqqəti 2026-cı ilə yönəltmək istəyirəm”.
Bu, 2025-ci ilə də təsir göstərəcək və bəzi məqamlarda qurbanlar veriləcək.
Çempionatın əvvəlində ciddi mübarizə olacağını görəcəksiniz və rəqinlərimiz 2025-ci ilə yoxsa 2026-ya investisiya etməli olduqları barədə tərəddüd yaşayacaqlar.
Mənim üçün isə hər şey aydındır. Bu komandanın gələcəyi önəmlidir. Ona görə də erkən başlamaq, iki təcrübəli sürücü ilə işləmək və bacardığımız qədər xal toplamaq qərarına gəldik”.
Hədəflər yenə aşılaraq geridə qoyulub
Müəyyən mənada Williams üçün planlaşdırılan hədəf çox tez yüksəlib. FW47 bolidinə mövsüm ərzində çox az yenilik gətirildiyi üçün komanda reytinq cədvəlində geriləyəcəyini gözləyib.
Lakin digər orta qrup komandalarının inkişaf problemləri yaşaması fonunda Williams mövsümün əvvəlində əldə etdiyi üstünlüyü qoruyub. 2025-ci ildə “zəifləron ən yaxşısı” olmaq uğrunda real rəqib kimi yalnız VCARB göstərilib.
Bu isə o deməkdir ki, növbəti mövsümdə nəticəni yaxşılaşdırmağın yeganə yolu ilk dördlükdə yer almaqdır.
Layihənin hələ ilkin mərhələsində olan britaniyalı komanda üçün nəhənglərdən birini geridə qoymaq asan olmayacaq. Amma Ceyms Vovlz çətinlikdən çəkinən oğlan deyil.
1000-dən çox əməkdaşı olan Williams artıq işçi sayı baxımından McLaren və Mercedes-in səviyyəsinə çatıb. Müasir infrastruktur yatırımları ilə birlikdə Qrovdakı baza daha texnoloji vəziyyətə gətirilib.
Əgər Mercedes 2026-cı ildə rəqabətədavamlı mühərrik təqdim edə bilsə, Williams bu mövsümdə qazandığı impulsu davam etdirmək və ön sıralardakı komandalar üçün ciddi başağrısına çevrilmək üçün bütün əsas elementlərə sahibdir.




Şərh əlavə et