Kokpit.az xatırladır ki, italyan sürücü yarışa 17-ci yerdən başlayıb. O, startda yerindən tez tərpəndiyi üçün 5 saniyə zaman cəzası alıb. Buna görə də, finiş xəttini dördüncü yersə keçsə də, beşinciliyə geriləyib. Yarışdan sonra iki McLaren sürücüsünün mübarizəni dayandırması ilə Kimi üçüncülüyə yüksəlib və podium qazanıb.
Kimi Antonelli: “Bu gün tempim çox yüksək idi, xüsusilə də son on dövrədə. Yarışın ortasında gördüm ki, təkərlər dənlənməyə başlayır və vəziyyəti nəzarətdə saxlamağa çalışırdım. Bu, məni bir az narahat edirdi, xüsusilə də komanda mənə B planına keçdiyimizi deyəndən sonra. Bu plan həmin təkər dəsti ilə finişə qədər getməyi nəzərdə tuturdu.
Ona görə də təkərlərin vəziyyətinə fikir verirdim, amma Oskar Piastri DRS zonasına yaxınlaşanda hücum etməyə başladım və təkərlər dənlərdən təmizləndi, bundan sonra sürətim artmağa başladı.
Pit-stopsuz finişə çata bildiyimə və komanda üçün vacib xallar qazandığıma görə çox sevinirəm”.




Şərh əlavə et