Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: McLaren-in pilotları diskvalifikasiya olunublar

Las-Veqas Qran Prisinin stüardları bolidləri texniki reqlamentə uyğun gəlmədiyi üçün McLaren pilotları Lando Norrisi və Oskar Piastrini Las Veqas yarışından diskvalifikasiya ediblər.

Yoxlamada müəyyən olunub ki, hər iki boliddə altlıq altında yerləşən nəzarət taxtasının qalınlığı icazə verilən 9 mm-dən az olub.

Ölçmələrə görə, Piastrinin maşınında taxtanın qalınlığı ön tərəfdə 8,88 mm, arxa tərəfdə 8,93 mm olub. Norrisin bolidində də ölçülər eyni nəticəni göstərib. Ölçü cihazının xətası 0,001 mm təşkil edib.

Diskvalifikasiyalardan sonra Las-Veqas Qran Prisinin yekun protokolu dəyişdirilib. Corc Rassell ikinci yerə yüksəlib, Kimi Antonelli üçüncü, Şarl Lekler dördüncü, Karlos Sayns beşinci, Ayzək Hacar altıncı, Niko Hülkender yeddinci, Lyuis Həmilton səkkizinci, Esteban Okon doqquzuncu, Oliver Berman isə onuncu yerdə qərarlaşıb.

Lando Norris diskvalifikasiyaya baxmayaraq, çempionatda 390 xalla liderliyini qoruyub. Oskar Piastri və Maks Ferstappen isə 366 xalla ikinci və üçüncü pillələri bölüşdürürlər. Titul uğrunda mübarizə növbəti həftəsonu Qətərdə davam edəcək.

Rauf Hacıyev

Şərh əlavə et