Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Təkərlərim zədələndi

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, Maks Ferstappenlə mübarizə zamanı təkərlərini zədələyib.

Britsniyalı sürücü Las-Veqas Qran Prisində podiuma yüksəlib və yarışı üçüncü yerdə başa vurub. Mercedes komandasının pilotu bildirib ki, istifadə etdiyi təkər dəstinin finişə qədər davam etməyəcəyindən ehtiyatlanıb.

Corc Rassell: “Maks pit-stopdan düz qarşımda çıxanda düşündüm ki, bir şansım var. Onun təkərləri hələ soyuq idi və mən təkərləri maksimum qızdırmışdım.

Bu zaman təkərlərimi zədələdim və ondan sonra radiodan dedim ki,  bu dəst finişə qədər dözməyəcək.

Yarış mənim üçün həqiqətən çətin keçdi. Əla performans göstərmədim, buna görə də podiumda finiş görmək bu gün üçün maksimum nəticə oldu”.

Rauf Hacıyev

Şərh əlavə et